Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr Lazkiyənin Bayırbucak türkmən bölgəsinə hücum təşkil edib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, rejim qüvvələri müxaliflərin nəzarətindəki bölgəyə gecə saatlarından etibarən ağır silahlarla zərbələr endirib. Müxaliflər də öz növbəsində Kızıldağ, Fırınlık, Murtuzlu və Göğdağ kəndlərində rejim qüvvələrinə ağır zərbələr endirib.
Hücumlar zamanı dinc sakinlər arasında xəsarət alanlar olub.
Samir