Çeçenistan prezidenti Ramzan Kadırov Boris Nemtsovu qətlə yetirməkdə təqsirləndirilən Zaur Dadayevi tanıdığını və "Rusiyanın əsl patriotu" hesab etdiyini bildirib.
Teleqraf.com-un lenta.ru-ya istinadən xəbərinə görə, Ramzan Kadırov İnstagram-da Zaur Dadayevin alayın ən cəsur və mərd döyşçlərindən olduğunu bildirib: "O, xüsusilə Benoy yaxınlığındakı döyüşdə fərqləndi. Orada terrorçulara qarşı geniş xüsusi əməliyyat keçirildi".
"Mənə aydın deyil ki, Zauru niyə DİN daxili qoşunlarının sıralarından azad etdilər. Bunun səbəbi və motivini bilmirəm. Mən bunun araşdırılması barədə göstəriş vermişəm. Deyilənə görə, o, işdən getməsini anasının xəstəliyi ilə əlaqələndirib".
Nihad