15 Mart 2015 11:26
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin əvvəlində Çin öz iqtisadiyyatına 13,29 milyard dollar cəlb edib. 2015-ci ilin yanvarında faktiki olaraq istifadə edilmiş xarici investisiyaların həcmi 13,29 milyard dollar olub.

Bu barədə Çin Kommersiya Nazirliyinin hesabatında deyilir. Nazirliyin məlumatına görə, bu, keçən ilin müvafiq dövründəkinə nisbətən təqribən 30 faiz çoxdur. Bundan başqa, yanvar ayında Çin investorları dünyanın 131 ölkəsinin və regionunun 1105 müəssisəsinə birbaşa investisiyalar etmişlər. Bu investisiyaların ümumi həcmi 62,28 milyard yuandır.

Çin Kommersiya Nazirliyinin məlumatı göstərir ki, yanvar ayında bütün ölkədə xarici investisiya ilə işləyən 2266 müəssisə olub ki, bu da keçən ilin analoji dövründəkindən 31,8 faiz çoxdur. Xarici investisiyalarla bağlı kontraktların həcmi 33,21 milyard ABŞ dolları, artım - 126,2 faiz; faktiki investisiyaların məbləği 13,92 milyard ABŞ dolları olub ki, bu da keçən ilin müvafiq dövründəkinə nisbətən 29,4 faiz çoxdur.

Statistik məlumat göstərir ki, Syanqan, Cənubi Koreya, Sinqapur və ilin əvvəlində Çinə faktiki investisiyaların həcminə görə ilk onluğa daxil olmuş digər ölkələr və regionlar ümumən 13,44 milyard ABŞ dolları həcmində investisiya qoyuluşu həyata keçiriblər ki, bu da keçən ilin analoji dövründəkindən 34,3 faiz çoxdur.


Müəllif:

Oxşar xəbərlər