Almaniyada Avropa Mərkəzi Bankının açılışına etiraz edən 10 min nümayişçi Frankfurt şəhərində küçələrə çıxıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Avropanın müxtəlif ölkələrindən gələn anti-kapitalistlər polis maşınlarına və rezinlərə od vurub, bir çox mağazaların şüşələri sındırılıb. Hadisələr zamanı bir neçə polisin yaralandığı bildirilib. İğtişaşlarda onlarla nümayişçinin saxlanıldığı açıqlanıb.
Qeyri rəsmi məlumatlara görə, nümayişlərə müxtəlif ölkələrdən 3000 nəfər qatılıb.
Qeyd edək ki, Almaniyada açılışı olan Avropa Mərkəzi Bankının binası 1,3 milyard avroya tikilib.
Samir