Oxot dənizində qəzaya uğrayan “Dalniy Vostok” traulerində 7 azərbaycanlı olub.
Bu barədə Trend-ə Rusiya FHN-in Maqadandakı yerli idarəsindən bildiriblər. Onların hamısı Rusiya vətəndaşlarıdır. Bu şəxslərin vəziyyəti barədə əlavə məlumat verilmir.
Gəmi batarkən göyərtədə olan 132 nəfərdən 117-i sudan çıxarılsa da, onların 54-ü həlak olub. 15 balıqçının taleyi isə hələlik naməlumdur.