Ukrayna prezidenti Petro Poroşenko 2014-cü il üçün gəlir bəyannaməsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, P. Poroşenko 2014-cü il ərzində 368,9 milyon qrivna gəlir əldə etdiyini bəyan edib. Ailə üzvlərinin gəliri isə 36 min qrivna olub.
Prezident 17 milyon 941 min 932 qrivna vergi ödəyib. Xeyriyyə məqsədlərinə isə 123 milyon 166 min 37 qrivna vəsait xərcləyib. O, maaşlarını xeyriyyə məqsədlərinə sərf edib.
P. Poroşenko prezident olandan sonra xərcləri öz cibindən ödəyir. O, çox uzaqda yerləşən dövlətlərə səfərləri zamanı təyyarə yanacağının pulunu özü ödəyib.
Ayxan