19 Aprel 2015 00:28
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD Əfqanıstanın qərbində 33 nəfərin həyatına son qoyan intiharçı hücumunun məsuliyyətini öz üzərinə götürüb.

Publika.az-ın məlumatına görə, bu barədə Əfqanıstan prezidenti Əfqanıstan prezidenti Əşrəf Qani deyib.Onun sözlərinə görə, Calalabad şəhərində həyata keçirilmiş hücum zamanı 100-dən çox insan yaralanıb. Prezident partlayışı dəhşətli hadisə adlandırıb.

Məlumata görə, intiharçı bombanı bank binasının qarşısında hökumət işçiləri əmək haqlarını götürməyə gələn zaman partladıb. Şahidlər hücum zamanı iki partlayışın olduğunu bildirir.

BMT-nin Əfqanıstanda Yardım Missiyası hücumu pisləyib. Bu gün açıqladığı bəyanatında deyilir ki, missiya insanların sıx məskunlaşdığı bölgələrdə çoxsaylı bomba hücumlarının həyata keçirilməsinin müharibə cinayəti olduğunu hesab edir. Bəyanatda günahkarların dərhal məsuliyyətə cəlb olunması tələb olunur.


Müəllif: