Ukraynanın Lvov bölgəsində polis işçisi öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qətldə şübhəli bilinən 53 və 26 yaşlı iki nəfər saxlanılıb. Yayılan məlumatlara görə, cinayətkarlar polisi xüsusi amansızlıqla öldürülüb. Polislə mübahisə edən şəxslər onu atın arabasına bağlayıb və 13 kilometr sürüyüblər. Hadisədən sonra polis həyatını itirib.
Hazırda saxlanılan şəxslər barəsində “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
Samir