24 Aprel 2015 19:22
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nümayəndə heyəti Norveç Gənclər Təşkilatlarının Milli Şurasının (LNU) İllik Toplantısında iştirak etmək üçün bu ölkədə səfərdədir.

Nümayəndə heyətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, “İrəli”nin sədri Mirhəsən Seyidov və “Bakı-2015” Avropa Oyunları İcraiyyə Komitəsinin üzvü Sevinc Həsənova təmsil olunurlar.

Nümayəndə heyətinin üzvləri İllik Toplantı çərçivəsində Saqene Beynəlxalq və Çoxmillətli Könüllülər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsinin qalibi olmuş “Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan həqiqətlərinin Skandinaviya ölkələrinə çatdırılması və təbliği” layihəsi çərçivəsində sərginin açılışında iştirak ediblər.

Sonra Norveçin gənclər, bərabərlik və inteqrasiya nazirinin mavini Kai Morten Terminqlə görüş keçirilib, Azərbaycanda aparılan gənclər siyasəti haqqında məlumat verilib.

Səfər zamanı Oslo Azərbaycan Evi ziyarət edilib, azərbaycanlı gənclərlə fikir mübadiləsi aparılıb, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı ilə əməkdaşlıq məsələləri müzakirə olunub.


Müəllif:

Oxşar xəbərlər