Türkiyənin Ankara şərəində yerləşən Sincan internat məktəbində çəkilən və sosial şəbəkələrdə yayımlanan görüntülər ölkədə narazılığa səbəb olub.
Teleqraf.com radikal.com.tr saytına istinadən xəbər verir ki, videoda 14-16 yaşlı yeniyetmələrin elə həmin məktbədə qalan 8-10 yaşlı uşaqlara təcavüz etdiyinə dair kadrlar yer alıb.
Yeniyetmələr azyaşlıları döyüb və təhqiredici sözlər deyib, hətta onların göz yaşlarına belə məhəl qoymayıblar.
Faktla bağlı Ankara prokurorluğunda istintaq başlanıb.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir