Ukraynanın paytaxtı Kiyevdə 1 May bayram tədbirləri zamanı insident yaşanıb.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, İkinci Dünya Müharibəsi muzeyi qarşısında keçirilən tədbir zamanı 15 gənc saxlanılıb. Onların maskalanaraq muzeyə daxil olmağa cəhd göstərdikləri bildirilib. Saxlanılan zaman hücumçulardan birinin başının yarıldığı açıqlanıb.
Bayram tədbirlərinə mindən çox insanın qatıldığı qeyd edilib. Şəhərdə asayişi qorumaq üçün 6 mindən çox polis cəlb olunub.
Samir