21 May 2014 18:39
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsəlman qardaşları”nın 158 tərəfdarı həbs edildi.

“Axar.az” xəbər verir ki, Misir məhkəməsi “Müsəlman qardaşları” siyasi blokunun bir sıra tərəfdarının həbs edilməsi ilə bağlı qərar qəbul edib.

Ümumilikdə, 158 nəfərə şamil edilən qərara əsasən, 54 nəfərə ölüm hökmü çıxarılıb.

Qalan məhkumlar isə 3 ildən 10 ilədək həbs cəzasına məhkum ediliblər.

Xatırladaq ki, Hüsnü Mübarək hakimiyyətdən devrildikdən sonra “Müsəlman qardaşları”nın lideri Məhəmməd Mursi hakimiyyətə gəlib və sonradan hərbi yolla devrilərək həbs edilib.


Müəllif: