5 May 2015 10:27
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa və Səudiyyə Ərəbistanı mayın 4-də xəbərdarlıq edib ki, İran və altı fövqəldövlət arasında gələcək saziş regionda sabitsizlik, İranın qonşularına təhlükə yaratmamalıdır.

Fransa prezidenti Francois Hollande Səudiyyə Kralı Salmanla görüşüb. Mayın 5-də isə Körfəz Ərəb liderləri ilə regional sammit keçiriləcək. Ərəb liderləri Tehranla yaxınlaşmanın gələcəkdə regionda qarışıqlıq yaradacağından qorxur.

“Onlar qorxurlar ki, sanksiyalar qaldırılandan sonra İran regiondakı bütün tərəfdarlarını maliyyələşdirə biləcək,” bur fransalı diplomat deyib.

Mayın 13-də ABŞ Prezidenti Barack Obama Körfəz Əməkdaşlıq Şurasının liderləri ilə görüşəcək. ABŞ rəsmiləri çalışırlar ki, Körfəz dövlətlərinin İranın sarıdan narahatlığını azaltsın. Tehran nüvə silahlı hazırlamadığını deyir.


Müəllif:

Oxşar xəbərlər