6 May 2015 14:04
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Roma şəhərində təhsil işçiləri dərsləri boykot elan ediblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyada ümumilikdə 25 min nəfər iştirak edib.

Onlar Renzi hökumətinin təhsil sahəsində keçirdiyi islahatlara etiraz ediblər. İslahatlar özəl məktəblərin qurulmasına təşviq edilməsi, dövlət məktəblərində büdcənin azaldılması və liseylərdə staj saatlarının artırılması kimi tətbiqləri əks etdirir. Müəllim və şagirdlər isə bunu qeyri-bərabərlik hesab ediblər.

Müəllim-tələbə boykotu nəticəsində bir çox məktəbdə dərslər dayandırılıb.

Qeyd edək ki, paketin 19 maya qədər Parlamentdə müzakirə edilib Senata göndərilməsi gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər