21 May 2015 08:55
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Gəmiçilik İdarəsinə məxsus “Kommandan Biro” patrul gəmisi mayın 20-də İtaliyanın cənub-şərq sahillərində 297 miqrantı xilas edib.

Gizli yolla Avropa ölkələrinə keçmək istəyən miqrantlar arasında 55 qadın və uşağın olduğu bildirilir. “Kommandan Biro”nun kapitanı miqrantları qeyri-qanuni daşıyan balıqçı gəmisinin qəzaya uğradığını, amma sərnişinlərdən heç kimin yaralanmadığını deyib.

Xilas olunan miqrantlar İtaliya rəsmilərinin icazəsi ilə yaxınlıqdakı sahil limanına çıxarılıb.

Xatırladaq ki, “Kommandan Biro“ gəmisi bir qədər əvvəl 217 miqrantı xilas etmişdi.


Müəllif:

Oxşar xəbərlər