İslam Dövləti (İŞİD) Suriya-İraq sərhədində Dəməşqin nəzarətində qalan sonuncu nəzarət-buraxılış məntəqəsini ələ keçirib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, İŞİD cihadçıları Homs vilayətindəki ət-Tanf keçid məntəqəsini Palmira şəhərini tutduqdan sonra zəbt ediblər.
Monitoring qrupu Suriya ərazisinin yarısının İŞİD əlində olduğunu bildirir.
Cihadçılar eləcə də İraqda geniş əraziləri nəzarət altında saxlayırlar.
Rüstəm