NATO-nun baş katibi Jens Stoltenberg bildirib ki, alyans bütün Avropa ölkələrinin suverenliyi və ərazi bütövlüyünü qəti müdafiə edəcək.
O belə bir bəyanatla mayın 27-də Vaşinqtondakı strateji və beynəlxalq tədqiqatlar mərkəzində çıxış edib.
Stoltenberg Rusiyanın Ukrayna və digər ölkələrdəki hərəkətlərinə toxunaraq bildirib ki, Rusiya hərbi gücünü, təcavüzkar millətçiliyin qızışması ilə təsdiqləməyə çalışır və qonşu ölkələri öz nüfuzuna tabe etmək, onların torpaqlarını zəbet etmək haqqı olduğunu bildirir.
O qeyd edib ki, NATO öz qonşuları, Gürcüstan, Moldova və Ukraynanın stabilliyi və müstəqilliyini təmin etməkdə davam edəcək.
“Bu ölkələr bufer zonası deyil, onlar müstəqil dövlətlərdir. Onların öz müstəqil yollarını seçmək haqqı var və biz bu yolda onlara kömək edəcəyik”.
Stoltenberg bildirib ki, Rusiyanın nüvə silahı ilə bağlı bəlağətli bəyanatları dərin narahatlıq doğurur və bu təhlükəlidir.