Məşhur loğman və ekstrasens Cuna Davitaşvili 66 yaş;nda Moskva şəhərində vəfat edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ekstrasensin ölüm xəbərini yaxın dostu Stanislav Sadalski yayıb. Onun sözlərinə görə, Cuna ölümündən 2 gün əvvəl komaya düşüb.
“Yemək almaq üçün mağazaya çıxmışdı və oradaca halı pisləşdi. Xəstəxanaya çatdırılanda həkimlər onun qan dövranında problem olduğunu dedi. Cuna oğlunun ölümünə tab gətirmədi...” - Sadalski deyib.
Qeyd edək ki, müxtəlif vaxtlarda Leonid Brejnev, Robert de Niro, Marçello Mastoryanni, Andrey Tarkoski, Federiko Fellini kimi dahi insanlar Cunanın pasiyenti olub.
Cuna son vaxtlar oğlu üçün çox darıxdığını deyirmiş.
Xatırladaq ki, loğmanın oğlu 2001-ci ildə 26 yaşında avtomobil qəzasında həlak olub. Onun oğlunun yanında basdırılacağı güman edilir.