Amerikalı milyonçu Ceyson Buzi istənilən ölkədən olan qaçqının yaşaya biləcəyi dövlət yaratmağı təklif edib.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, biznesmenin fikrincə, ideyası dünyadakı qaçqın və məcburi köçkünlərlə bağlı məsələni həll edəcək.
Yəhudi əsilli milyonçu qeyd edib ki, özünün “Qaçqınlar milləti” layihəsini həyata keçirmək məqsədilə ölkələrin istifadə etmədiyi torpaqları almaq və ya dənizdə adalar yaratmaq lazımdır.
O, ümid edir ki, yeni ölkə 59,5 milyon qaçqına ev sahibliyi edə bilər. C.Buzi İsraili misal çəkərək belə layihənin uğur qazanacağına əmindir: “İsrail demək olar ki, qaçqınlar ölkəsi kimi yaradılıb, amma yalnız yəhudi qaçqınlar əsasında”.