Nyu York şəhərindəki məşhur Bruklin Körpüsünün təpəsinə çıxıb selfi çəkən turist evində həbs olunub.
Teleqraf.com xəbər verir ki, Tennessi əyalətində yaşayan 21 yaşlı tələbə David Karnauç ötən ay Nyu Yorkdakı körpünün üzərinə dırmaşaraq şəkil çəkib.
"Instagram" hesabına paylaşılan şəkil sosial şəbəkədə diqqət çəkib. Bundan sonra araşdırma aparan polis gənci Tennessidəki evində həbs edilib.
Karnauç girovu ödəmədiyi üçün avqustun 31-dəki məhkəməyə qədər həbsxanada saxlanılacaq. Onu 3-6 ay arası həbs gözləyir.
Rüstəm