Ukraynanın Xarkov şəhərində təxminən 100 nəfər Ali Radanın deputatı Mixail Dabkinin evinə hücum edib.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bununla bağlı şəhər meri Qennadi Kersen məlumat verib. Onun sözlərinə görə, hadisə yerinə dərhal polis dəstələri göndərib və etirazçılar oradan uzaqlaşdırıb.
Nümayişçilər bundan sonra Xorkov şəhər sovetinin qarşısına gəlib və binaya daxil olmağa çalışıb. Polislə qup arasında insident yaşanıb. Təhlükəsizlik qüvvələri gözyaşadırıcı qazdan istifadə ediblər.
Məlumatlara görə, hazırda binanın ətrafında çoxlu sayda polis dəstələri keşik çəkir.
Samir