4 Oktyabr 2015 09:37
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın cənub-şərqində daşqınlar nəticədində 12 nəfər həlak olub.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata istinadən, onların hamısı oktyabrın 4-nə keçən gecə həlak olub.

Üç nəfər Antib şəhəri yaxınlığındakı qocalar evini su basması nəticəsində, bir nəfər Kann şəhərində həlak olub.

Yanğın xidməti nümayəndəsinin verdiyi məlumata görə, Braq çayı məcrasından çıxıb, Antib şəhərinin yaxınlığındakı rayonlar suyun altında qalıb.

Əraziyə iki xilasedici helikopter cəlb olunub.

Kann meri şəhərdə fövqəladə vəziyyət elan edib.


Müəllif: