5 Oktyabr 2015 22:15
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Yaxın Şərqi terrorçuluqdan xilas etmək üçün yeganə variantdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd deyib. Onun sözlərinə görə, Suriya hakimiyyəti Rusiyanın bu ölkədə apardığı anti-terror əməliyyatlarını dəstəkləyir.

Əsəd bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada qeyri-sabitliyin səbəblərindən biridir: "Rus döyüş təyyarələri Suriyada müvəffəqiyyət qazanacaq. Çünki bu əməliyyatları İran kimi bir sıra ölkələr də dəstəkləyir.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Rusiyanın bu addımını tənqid edib. Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğan isə Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını "ölüm hökmü" adlandırıb. Fransa, Almaniya, QƏtər, Səudiyyə Ərəbistanı və Böyük Britaniya da bu məsələdə Rusiyaya qarşı çıxıblar.

Samir


Müəllif:

Oxşar xəbərlər