15 Noyabr 2015 10:08
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran televiziyası Azərbaycan türk millətini təhqir etdikdən sonra Güney Azərbaycanın müxtəlif şəhərləri, həmçinin paytaxt Tehranda irqçiliyə qarşı etiraz yürüşləri keçirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunun ardından Türkiyənin müxtəlif şəhərlərində güney azərbaycanlılara dəstək məqsədi ilə İran rejiminə etiraz edilib. İndi isə 6 Avropa paytaxtında İran səfirliyi qarşısında fars irqçiliyinə qarşı etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.

Etiraz aksiyaları noyabrın 28-i yerli vaxtla saat 14:00-da İsveç, Fransa, Almaniya, Macarıstan, Ukrayna və Türkiyə paytaxtlarında keçiriləcək.

Samir


Müəllif: