13 Dekabr 2015 01:39
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşması Suriyanın Homs şəhərində ötən gün törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, terrorçular şəhərin mərkəzində minalanmış avtomobili partladıb, nəticədə 22 dinc sakin ölüb, azı 140 nəfər yaralanıb.

Qeyd edək ki, Suriya XİN-i Homsdakı terror aktı ilə əlaqədar BMT baş katibinə və BMT Təhlükəsizlik Şurasına məktub göndərib. Məktubda qeyd edilir ki, dünya ictimaiyyətinin faciəyə biganəliyi terrorçuların xeyirinədir.


Müəllif:

Oxşar xəbərlər