6 İyun 2014 10:58

Türkiyənin Ankara şəhərinə yağan fasiləsiz yağış maraqlı görüntülərə səbəb olub.

Paytaxt şəhərinə yağan şiddətli yağış üzündən “Batıkənt” metrostansiyasını su basıb.


Stansiyanın tavanınından sızan su bütün platformanı bassa da, bu, gediş-gəlişə problem yaratmayıb. Metrodan istifadə edənlər yarıya qədər suya batmış vəziyyətdə digər stansiyaya gediblər.

Ankaralılar “Batıkənt” stansiyasından çəkdikləri şəkilləri sosial şəbəkələrdə də paylaşıblar./axar/


Müəllif:
Загрузка...