6 İyun 2014 12:55
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə keçiriləcək prezident seçkilərində favoritlərdən hesab olunan keçmiş Dövlət katibi Hillari Klinton bu dəfə kitabıyla gündəmə gəlib.

Axar.az məlumat verir ki, Klintonun “Çətin seçimlər” (“Hard Choices”) adlandırdığı kitab iyunun 10-da işıq üzü görəcək.

ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klinton bu kitabda Obama ilə olan xatirələri və fikir ayrılıqlarından yazıb. ABŞ Dövlət Departamentinin rəhbəri kimi o, Ağ Evin suriyalı üsyançıları silahlandırmamaq barədə qərarı ilə razı olmadığını bildirib və Kubaya qarşı ticarət embarqosunu qaldırmaq təklifini irəli sürüb.

Xatırladaq ki, Hillari Klinton 2009-2013-cü illərdə ABŞ-ın Dövlət katibi vəzifəsində çalışıb.


Müəllif: