27 Dekabr 2015 21:25
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Rusiya Mərkəzi Bankının valyuta mübadiləsi əməliyyatları ilə bağlı yeni qaydaları qüvvəyə minib. Yeni qaydalara görə, 15 min rubuldan vəsait çox dəyişdirildikdə bank müştəriləri ad, soyadla yanaşı, qeydiyyat ünvanı, təvəllüdü, əgər varsa VÖEN nömrəsi barədə məlumat verməli olacaq.


Anketi bank əməkdaşı dolduracaq, müştəri haqqında məlumat isə mübadilə əməliyyatından sonra 5 il müddətində saxlanacaq. Valyutanı xarici pasportla da etmək mümkün olacaq. Bu zaman da qeydiyyat ünanı barədə məlumat vermək lazım gələcək. 15000-dək rubulu isə əvvəlki qaydada pasport təqim etmədən dəyişmək olar.

Rusiya Mərkəzi Bankı yeni qaydaların mədudlaşdırıcı xarakterli olmadığını açıqlayıb. Bankdan bildiriblər ki, bu tədbirlər “çirkli pullar”ın yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləridir


Müəllif: