15 Yanvar 2016 23:52
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin valyuta müharibələrinin və beynəlxalq ticarətdə məqsədli devalvasiyanın əleyhinədir. Bunu cümə günü Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xun Ley bildirib.

XİN rəsmisi bu sözləri jurnalistlərin xahişi ilə amerikalı milyarder, respublikaçılar partiyasından ABŞ prezident postuna namizədliyə iddialı Donald Trampın müvafiq fikirlərini şərh edərkən deyib.

Respublikaçı D.Tramp hesab edir ki, Ağ ev administrasiyası Çini yuanın kursunun aşağı salınmasını dayandırmağa məcbur etmək üçün bu ölkədən gətirilən mallara xüsusi vergi tətbiq etməlidir. “Onlar bizdən bütün şirəni çəkiblər”, - deyən milyarder əlavə edib ki, əgər rəsmi Pekin öz milli valyutasının məzənnəsinin aşağı salınması praktikasını davam etdirsə, prezident seçildiyi təqdirdə Çin mallarına böyük rüsumlar qoyacaq.

D.Tramp bundan əvvəl də dəfələrlə vurğulayıb ki, Çin ikitərəfli ticarətdə disbalans hesabına ABŞ-a ziyan vurur. 2015-ci ilin noyabrında o, Amerikanın itkilərini 400 milyard dollar həcmində qiymətləndirmişdi.


Müəllif: