19 Yanvar 2016 00:58
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının yanvarın 25-də Strasburqda keçiriləcək qış sessiyasında iştirak etməyəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri, Rusiyanın AŞ PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Leonid Slutski məlumat verib.

Onun sözlərinə görə, iclasda iştirak etməmək haqqında qərar qətidir və o, bütün fraksiyaların dəstəyi ilə parlamentinin hər iki palatasının rəhbərləri tərəfindən qəbul edilib:

Slutski qeyd edib ki, artıq AŞ PA-nın rəhbəri Ann Brasserə məsələ ilə əlaqədar məktub göndərilib: "Dumanın spikeri Sergey Narişkin də bildirib ki, Rusiyaya qarşı sanksiyalar qəbuledilməzdir və biz heç kimə qarşı ayrı-seçkilik etmirik".

Samir


Müəllif: