21 Yanvar 2016 19:02
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Əhməd Davudoğlu Bəşər Əsəd rejimi ilə müxalifət arasında aparılması planlaşdırılan sülh danışıqlarına 2 şərtlə dəstək verəcəklərini söyləyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir bunu Davos İqtisadi Forumda keçirilən “Türkiyənin qlobal rolu” adlı iclasda çıxışında deyib.

Əhməd Davudoğlunun sözlərinə görə, mülayim müxalifət danışıqlar masasında öz təşəbbüslərinə uyğun şəkildə təmsil edilməli, terror qruplaşmalarının nümayəndələri isə masada olmamalıdırlar. O, Türkiyənin İŞİD-lə PKK arasında bir fərq görmədiyini vurğulayıb.



Müəllif: