4 Fevral 2016 15:16
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan ordusu ölkənin Qunduz bölgəsində "Taliban" terror təşkilatına qarşı əməliyyat keçirib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, əməliyyatlar zamanı 17 terrorçu öldürülüb. Bununla bağlı bölgənin polis rəisi Məhəmməd Masum Səfi açıqlama verib.

Ölənlər arasında "Taliban"ın iki komandiri də olub. Səfinin sözlərinə görə, əməliyyat nəticəsində əfqan ordusu itki verməyib.

Elvin


Müəllif: