"İran Su-30 tipli döyüş təyyarələrini almaq üçün Rusiya ilə müqaviləni imzalamağa hazırlaşır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Hüseyn Dehqan keçirdiyi mətbuat konfrasında deyib:
"Ordumuzun hava qüvvələrinin ehtiyacını nəzərə alaraq, Su-30 qırıcılarını satın almaq üçün Rusiya ilə müqavilə imzalamaq ərəfəsindəyik. Hazırda ruslarla bu barədə danışıqlar aparırıq. Satın alınacaq qırıcıların sayı da artıq bəlli olub, lakin bunu hələlik açıqlaya bilməyəcəyəm.
Hava hücumundan müdafiə sistemi sayılan S-300 raketlərinə gəlincə, bu raketlər bağlanmış müqaviləyə əsasən, iki mərhələdə İrana təhvil veriləcək. Təhvil prosesinin birinci mərhələsi artıq hazırdır və biz bu raketlərin Rusiyadan ölkəmizə necə köçürülməsi məsələsi barədə düşünürük".
Nazir İranın tank istehsalı məsələsinə də toxunub: "Yeni istehsal olunan "Kərrar" adlı tankımız Rusiyanın "T-90" tankından güclü olmasa da, ondan geri də qalmır. Biz həmçinin “Emad-2” ballistik raketlərinin yeni növlərinin istehsalını uğurla davam etdiririk. Bundan başqa ölkədə “Bavər-373” raketləri ilə bağlı hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi davam edir və 2017-ci ilin mart ayına qədər onun təqdimatı keçiriləcək”.
Samir