14 Fevral 2016 08:18
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın Milli Səhiyyə İnstitutunun bildirdiyinə görə, ölkədə 5 min hamilə qadın Zika virusuna yoluxub.

"Report"un "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, ölkədə virusa yoluxanların sayı hazırda 31 555 nəfər təşkil edir.

Son göstəricilər ötən həftə xəstələrin sayının 23 faiz artdığını nümayiş etdirir. Virusa yoluxan hamilə qadınlar 57.8 faiz təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, virus körpələrdə anormal kiçik başla doğulma kimi ciddi qüsura səbəb olur.

Latın Amerikasında Braziliya xəstəliyin episentri hesab edilir. Bu ölkədə 4300 uşaq anadangəlmə qüsurla dünyaya gəlib.

Braziliya prezidenti Dilma Rousseff virusun yayılmasına səbəb olan ağcaqanadlarla mübarizəyə nail olacağına ümid bəslədiyini deyib.


Müəllif:

Oxşar xəbərlər