20 Fevral 2016 23:09
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin İŞİD teror qruplaşmasının Azərbaycanın da daxil olduğu MDB regionuna hücüm planlaşdırdığını bildirib.

ANS PRESS-in məlumatına görə, Kremldə hərbi qulluqçuların qarşısında çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib: “Yaxın Şərqdə bizim hərbçilərimiz Moskvanı açıq şəkildə düşmən adlandıran terrorçuları məhv edirlər. Onlar hətta Rusiya və MDB-nın ərazisinə hücüm barədə öz planları gizlətmirlər”.

Vladimir Putin bu məsələdə Rusiyanın Suriyada vuruşan hərbi qulluqçulara bel bağladığını bildirib: "Hərbi qulluqçuların hərbi bacarığı indi daha da təkmilləşir. Biz bunu Suriyada hərbi əməliyyatlar zamani aydın görürük. Yaxın Şərq ölkəsində vuruşaraq bizim əsgərlərimiz və zabitlər Rusiya Federasiyasının maraqlarını müdafiə edirlər".

Rus lider daha sonra İŞİD-in planlarından danışıb: "Terrorçular ekspansiyanın genişlənilməsi üzrə öz planlarını gizlətmirlər. Onlar Rusiyanın və həmçinin Müstəqil Dövlətlər Birliyinin ərazisinə hücüm barədə fikirləşirlər”, - deyə Putin bildirib.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının tərkibində 1800-dən çox Rusiya vətəndaşı vuruşur. Bu barədə Rusiya Daxili İşlər naziri Vladimir Kolokolsev mətbuata açıqlaması zamanı bildirib. Terror qruplaşmasının tərkibində vuruşanlardan 477 nəfərə qarşı cinayət işi açıldığını bildirən nazir qeyd edib ki, bu vəziyyət Rusiya hakimiyəti ilə yanaşı yerli sakinləri də narahat edir. Daxili işlər naziri döyüşçülərin əsasən Rusiyanın Şimali Qafqaz regionundan olduğunu bildirib. Qruplaşma Rusiyada daxil olmaqla bir sıra ölkələr tərəfindən terror təşkilatı kimi tanınır.

Keçən il Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Tacikistanın paytaxtı Düşənbədə keçirilən iclasında digər ölkələridə İŞİD-lə mübarizə etmək üçün onlara qoşulmağa səsələyib. “Biz Suriya hökumətinin terorçulara qarşı mübarizəsini dəstəkləyirik. Ona lazım olan hərbi-texniki və siyasi köməyi göstərməyə davam edəcəyik”.


Müəllif:

Oxşar xəbərlər