İŞİD terror təşkilatının iraqlı generalı öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə İraqın Ənbar vilayətində baş verib. İraq ordusunun keçirdiyi əməliyyat zamanı təşkilatın komandirlərindən olan iraqlı sabiq general Ali Abbud güllələnib.
Məlumatlara görə, öldürülən terrorçular arasında iraqlı generalla yanaşı onun 3 köməkçisi də olub. Ümumilikdə əməliyyat nəticəsində 15 terrorçu zərərsizləşdirilib.
Elvin