10 Aprel 2016 01:51
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mardin vilayətinin Derik rayonunda polislərin yaşadığı bina terrorçular tərəfindən uzun lüləli silahlarla atəşə tutulub.

Teleqraf.com-un xəbərinə görə, hadisə nəticəsində 1 polis şəhid olub. Yaxınlıqdan keçən 1 nəfər mülki şəxsin də terrorçular tərəfindən qətlə yetirildiyi bildirilir. Daha 1 polis və 1 mülki şəxsin yaralandığı və xəstəxanaya aparıldıqları bildirilir.

Təhlükəsizlik gücləri terrorçuları yaxalamaq üçün bölgədə əməliyyata başlayıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər