"NATO ilə Rusiya arasında qarşılıqlı əlaqələrin bərpa şansı yüksək deyil".
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib: "Rusiya beynəlxalq hüquqa hörmət etmədikcə, əlaqələrin bərpası mümkün deyil. Yaxın günlərdə baş tutacaq Rusiya-NATO şurasının iclasının məqsədi isə bizim siyasi dialoqumuzun davamıdır".
Qeyd edək ki, adı çəkilən iclas aprelin 20-də NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutacaq.
Samir