ABŞ Müdafiə Nazirliyi Somalidə "Əş-Şəbab" yaraqlılarının düşərgəsinin vurulduğunu, hava hücumu zamanı 12 terrorçunun öldürüldüyünü bildirib.
Teleqraf.com-un xəbərinə götə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Jeff Davies təşkil etdiyi mətbuat konfransında bazar ertəsi və çərşənbə axşamı Somalidəki Amerika əsgərlərinə "mümkün təhdid" səbəbindən iki hava hücumunun təşkil edildiyini bildirib.
Davies hücumların ABŞ üçün müdafiə məqsədi daşıdığını bildirsə də, Somalinin cənubundakı Kismayo şəhəri yaxınlığındakı düşərgəyə təşkil edilən hücumlar haqqında əlavə məlumat verməyib.
Silahlı təşkilat olaraq 2004-cü ildə qurulan "Əş-Şebab" Somalinin cənub və mərkəzi bölgələrinə nəzarəti əlində saxlayır. 22 min əsgərdən ibarət Somali ordusu "Əş-Şəbab" başda olmaqla silahlı qrupların nəzarətindəki bölgələri geri almaq məqsədiylə əməliyyatlar təşkil edir. ABŞ Müdafiə Nazirliyi Somali hökuməti və Afrika Birliyi güclərinə "Əş-Şebab" ilə mübarizədə kömək edir.
"Əş-Şəbab" ölkədə zorakılıq, girov götürmə və sui-qəsd cinayətlərində də suçlanır.
Nihad