13 Aprel 2016 18:16
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Azərbaycan türklərinin milli haqları uğrunda dinc mübarizə apardıqlarına görə Ərdəbil zindanında saxlanılan və 5 gündür aclıq asksiyası keçirən fəallar Murtuza Pərvin, Mustafa Pərvin, Səid Sadeqifər və Saleh Piçqanlu aclıq aksiyasını dayandırıb.

Güney Azərbaycan mənbələrinin yaydığı məlumata görə, fəallar, onların saxlanma şəraitinin yaxşılaşacağı ilə bağlı zindan rəsmilərinin verdiyi vədlərdən sonra aclığı dayandırmaq qərarına gəliblər. Ərdəbilli fəallar aprelin 13-də ayrı-ayrılıqda ailələrinə zəng vuraraq, saxlanma şəraitlərinin nisbətən yaxşılaşdırıldığını və öz korpuslarına köçürüldüklərini bildirərək aclığa son qoyduqlarını bəyan ediblər. Onlar qanunsuz həbslərinə və zindanın ağır şəraitinə etiraz əlaməti olaraq aprelin 8-dən etibarən aclığa başlamışdılar.


Məlumatda bildirilir ki, fəallardan biri, Murtuza Pərvin, aclığı dayandırsa da, bel və mədə ağrılarından əziyyət çəkdiyinə görə gecələr yata bilmir. Təcili müalicəyə ehtiyacı olduğu bildirilən azərbaycanlı fəalın ağır səhhəti onun ailəsinin ciddi narahatlığına səbəb olub.

Qeyd edək ki, milli zəmində apardıqları dinc fəaliyyətə görə Ərdəbil həbsxanasında saxlanılan fəallardan Meysəm Colani, Tohid Əmir Əmini və Saleh Piçqanlu, hər biri 6 ay həbsə və 30 şallaq zərbəsinə, Murtuza və Mustafa Pərvin, hər biri 3 ay həbsə və 30 şallaq zərbəsinə, fəallar Möhsün Möhsünzadə və Səid Sadeqifər isə hər biri 3 ay həbsə məhkum edilib.

Bəkir


Müəllif:

Oxşar xəbərlər