15 Aprel 2016 13:17
2 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın "Azad demokratlar" müxalifət partiyası bu ölkənin Avrasiya İqtisadi Birliyindən çıxmasını tələb edir. Partiya rəhbərliyi bununla əlaqədar hətta parlamentə müraciət də ünvanlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, partiya üzvləri bu təşkilatın lazımsız olduğunu və Ermənistanın tez bir zamanda AİB-i tərk etməsinin vacibliyini bildiriblər.

Onlar hesab edirlər ki, Ermənistanın AİB-ə üzv olması ölkənin Rusiyadan asılılığını artıacaq.

Məsələyə münasibət bildirən Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyan isə bu müraciət əsassız hesab edib. O bildirib ki, AİB yeni yaranmış təşkilatdır və Ermənistanın bu təşkilata dəstəyi çox vacibdir.

Samir


Müəllif:

Oxşar xəbərlər