Azərbaycanın Yaponiyadakı səfirliyi bu ölkənin Kumamoto prefekturasında 7,3 bal gücündə baş vermiş zəlzələ zamanı Azərbaycan vətəndaşlarının xəsarət almadığı açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, Azərbaycanın Yaponiyadakı səfirliyi Tvitter hesabında bu ölkədə yaşayan vətəndaşlarımıza zəlzələ baş verən Kumamoto prefekturasına səfər etməməyi tövsiyə edib.
Səfirliyin məlumatında qeyd edilib ki, “Yaponiyanın Kumamoto prefekturasında yaşayan və təhsil alan heç bir Azərbaycan vətəndaşı yoxdur”
Qeyd edək ki, zəlzələ nəticəsində ölənlərin sayı 25-ə çatıb, 900-dən çox insan xəsarət alıb. Güclü dağıntılar var.
***
09:43
Yaponiyanın Kumamoto əyalətində 7,1 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.
Əyalətdə sunami təhlükəsi elan edilib.
Hadisə nəticəsində 28 nəfər dünyasını dəyişib. Lakin itkilərin sayının artacağı gözlənilir.