"Bu günki iqtisadi durum Ermənistan hakimiyyətinin orta əsr təfəkkürünün nəticəsidir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri, parlamentin hazırki deputatı Qrant Baqratyan deyib.
Onun sözlərinə görə, bütün ölkədə yeni iş yerlərinin yaradılmasından danışılır: "Ancaq bu xəbərlər əsassızdır. Bütün dünyada insanlar özləri üçün iş qurur. Bizdə isə nəinki hökumət, həmçinin müxalifət də yeni iş yerlərinin yaradıldığı ilə bağlı yalan məlumatlar yayır".
Samir