2 May 2016 21:17
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı Suriyanın Hums şəhərində Bəşər Əsəd hakimiyyətinin nəzarətində olan qaz yataqlarını ələ keçirib.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Şaar qaz yataqları bir günlük şiddətli döyüşlərdən - Əsədin 15 əsgərinin öldürülməsindən sonra İŞİD-in əlinə keçib.

Əsəd ordusu bu gün səhər saatlarında ələ keçirilən qaz yataqlarını raket zərbələrilə partladıb. İŞİD günorta saatlarında Şaarın şimalındakı Muhur neft yataqlarına doğru irəliləyib.

Qeyd edək ki, Suriyada önəmli neft əraziləri İŞİD-in nəzarətindədir.

Ayxan


Müəllif:

Oxşar xəbərlər