Urmiya Cəza Məhkəməsinin 110-cu şöbəsi 6 azərbaycanlı fəala qarşı irəli sürülmüş ittihamın sübuta yetirilmədiyi barədə qərar qəbul edib.
Teleqraf.com GünAZ TV-yə istinadən xəbər verir ki, hökmə əsasən Yasir Əkbəri, Soheyl Dəliriyə, Milad Muxtariyə, Mehdi Mucərrəbniyaya, Əmir İbrahimluya və Əli Əziziyə Urmiyanın Qədir stadionunda ümumi intizamı pozmaq ittihamı üzrə bəraət verib.
Adı çəkilən fəallar voleybol stadionda yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən möhkəm döyülüb, onlar bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Fəalları məhkəmədə vəkil Fatimə Səttari müdafiə edib.
Səxavət