3 İyun 2016 23:58
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa və Almaniyanı təbii fəlakət gözləyir.

Teleqraf.com xəbər verir ki, hava proqnozlarına görə Fransa və Almaniyada güclü yağışların davam edəcəyi gözlənir.

Son daşqınlarda azı 10 nəfər ölüb, minlərlə insan evini tərk etməli olub. Parisdə Sena çayının səviyyəsi qalxmaqdadır. Luvr muzeyinin əməkdaşları yeraltı saxlancdakı əsərlərin yerini dəyişirlər.

Paris regionunda minlərlə insan evakuasiya olunub, 24 min 200 ev elektriksiz qalıb.

Fransa Prezidenti Francois Hollande ən çox ziyan dəymiş ərazilərdə fövqəladə vəziyyət elan edib.

Almaniyanın cənubunda da suyun səviyyəsi qalxmaqdır. Son dörd gündə bu ərazidə güclü daşqınlar olub. Kansler Angela Merkel həyatını itirənlərin xatirəsini yad edib.


Müəllif:

Oxşar xəbərlər