30 Aprel 2017 13:50
2 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü, gözəl yaz havası, şair demiş, gül-gülü çağırır, bülbül-bülbülü. Mən də saat 9-dan redaksiyada. Növbətçi redaktoram bu gün, taa 19-a qədər. Nə etməli? Xəbərlərdən, mətnlərdən sivrilib feysbuka göz atıram . Qələm dostlarım xeyli şad-xürrəm görünürlər burdan baxanda. Başlayıram adətim üzrə bir-bir “sataşmağa”. Hələ xəbərləri yoxdur ki, bu dəfə yazışmalar materiallaşdırılıb sayta yerləşdiriləcək. Qoy tarix qarşısında hər kəs öz cavabını versin!

Qan Turalıyla.

Mən:

- Eşitdim, bircə ondan razısan ki, özündən narazısan? Nə məsələdi?

O:

- Bir də onu bilirəm ki, Bəxtiyar şair deyil )))

Mən:

- Ciddisən? ))

O:

- Bir onu bilirəm ki, heç nə bilmirəm.


Mən:

- Mağıl sən onu bilirsən, Miri heç onu da bilmir. ))





Kəramətlə Böyükçöl ilə.



Mən:

- Dünən toyda bircə Oqtay Rzayla oynamadın, o da gəlməmişdi.

O:

- Onunla oynayıb gəlmişdim. ))))) Başımın içi dağılır, o qədər tullanıb düşmüşəm.


Mən:

- ayə, sənə baxa-baxa mənim başım ağrıyırdı orda, bir qutu analgin içmişəm evə gələ-gələ.

O:

- Kədərliydim..



Aqşin Yeniseylə.

Mən:

- Jurnaldan nə xəbər? Qulağı çıxdı?

O:

- Mayda çıxır.

Mən:

- Məni böyük şair kimi təqdim eləmisən?

O:

- Ehtiyac olmadı, tanıyırlar. ))

Mən:

- Denən hazırlaşsınlar, yaxşı pudel itləri gətirmişəm təzə şeirlərimə.


O:

- Dedilər, bu it ilxısı nədi? Dedim, rayon uşağıdı kəndisi. )))


Mən:

- Sən də it sürüsünə "it ilxısı" deyib özünü bu şeylərdən başı çıxmayan "karinnoy" Sumqayıt uşağı kimi aparırsan oralarda? )))


O:

- O deyim "it ilxısı, köpək sürüsüdü" el dilində. Mən də xalqa istinad edirəm həmişə. )))


Mən:

- Əcəb eləyirsən. Bu xalqa hələ sən də azsan! ))




Şərif Ağayarla

Mən:

- Reportajımdan sonra "Kulisin" redaksiyasını təhvil verəcəksiniz çox yəqin.

O:

- ))))))) Arzun odur? Düşmən lazım deyil ki bizə ))))))

Mən:

- Yox, o arzularımdan sonrakı redaksiyanızdı )))

O:

- )))))))) Mənimlə işin yoxdu. Olan-qalan bir yazıçınız var. Qədrini bilin )))))

Mən:

- nəyrahat olmagil, səni bağışladım “arzularına” )))

O:

- Öpeyrəm! ))



Pərviz Cəbrayılla.


Mən:

- Cenifer məllimə niyə helə eləyir ki?

O:

- Link at görüm neyniyib yenə. ))

Mən:

- Gözləyənlər*ə bax, 20-ə qurmuşam


(42 saniyə sonra)

O:

- Sabah-sabah qoysana oturaq ))))

Mən:

- İstəyirəm girim feysbuk səhifəsini blok eləyim. ))

O:

- Bəlaye-eşq! ))






Elbrus Ərudla.

Mən:

- Ogünki çəpiş dişiymiş.

O:

- Kababdan tanıyırsan ki?

Mən:

- Yoo, qəssabı danışdırmışıq ))

O:

- Hahaha. Dəlisən sən?!

Mən:

- Zarafatsız, sən də müxbir göndər qəssabın ət kötüyünü danışdırsın, deyir, heç yerə açıqlama vermir. Özü də deyəsən Ramizin şeirindəki “başı kəsik kötük”dü.

O:

- Hahahaha. Avara! Qonaqlıq ver, gedək o çəpişin birini də yeyək. Öz aramızdı, dadlı idi, hə?

Mən:

- Dadlı da sözdü? Heyrət ey büt* idi. Ayə, bi aman verün mükafatın pulunu alım da. Hesaba köçsün, həmən yığışacıq ol mübhəm çəpişin başına.




Zahir Əzəmətlə.


Mən:

- Eşitdim şeirinizin baş qəhrəmanları gah İrandan gəlir, gah da Turandan?

O:

- Lənkəranda doğulanda axırı belə olur da. İranla Turan arasında "şpaqat" açmaq zorunda qalırsan, şair.

Mən:

- Mən şeirimin qəhrəmanlarını Gürcüstandan gətirəcəm taa. Viza da həll olunub, şükür, birbaşa dünya ədəbiyyatına çıxaceyam.

O:

- Həri, burax Tiflisin qədim küçələrinə şeirlərini. Bir ingilisə, hollanda qoşulub qaçsın. Wizzair-lə uçsun




Salam Sarvanla.

Mən:

- Şair, nə yenilik? Maşını düzəltdirə bildin?

O:

- Yox e. “Prımıçk” tapa bilmirəm.

Mən:

- Pərvizdə var da. Axşamüstünə pivə boyun ol, görüşək, həll qılaq.

O:

- Pulum da yoxdu.

Mən:

- Bə nağayraq?

O:

- Pərvizin quyruğunu kəsdirək

Mən:

- Ona heç noxud da düşməz.

O:

- İşdəsən?

Mən:

- Hə, qulağımı çıxardıb oturmuşam dibində.


Müəllif:

Oxşar xəbərlər