19 Avqust 2020 17:02
4 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan genişmiqyaslı müharibə vəziyyətində Qarabağın müstəqilliyini tanımağa borcludur”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan 2016-cı ilin aprelində baş vermiş döyüşlərə həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Sərkisyan jurnalistin “Niyə 2016-cı ilin aprel döyüşlərində Qarabağın müstəqilliyini tanımadınız” sualına cavab verməkdə çətinlik çəkib. O, buna yalnız “Bu, diplomatik qələbələrimizin qarşısını ala bilərdi” kimi səthi cavab verməklə sualdan yayınıb.

Bununla belə, işğalçı ölkənin keçmiş rəhbəri separatçı fikirlər səsləndirməkdən də çəkinməyib: “Bu cür tanınma əsaslandırılmış qərar olmalıdır. Genişmiqyaslı müharibə olarsa, Ermənistan Respublikası Qarabağın müstəqilliyini tanımağa borcludur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər