Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” telekanalına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsindən danışıb.
Teleqraf.com xəbər verir ki, o, tərəfləri qarşıdurmanı dayandırmağa çağırıb.
“İnsanlar həlak olur, hər iki tərəfdən böyük itkilər var, biz ümid edirik ki, münaqişəyə ən yaxın vaxtda son qoyulacaq”, - Putin deyib.
Rusiya prezidenti əlavə edib: “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, onun qarşısında müəyyən öhdəliklərimiz var. Amma əməliyyatlar Ermənistan ərazisində getmir”.