Video əlavə olunub:
***
12:58
Türkiyə ABŞ-dan Ermənistana göndərilən yardımı özünün hava məkanından buraxmaqdan imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş naziri aparatının diaspor məsələləri üzrə səlahiyyətli nümayəndəsi Zare Sinanyan bildirib.
O, keçirdiyi brifinq zamanı deyib ki, hazırda 100 ton “humanitar yardım” Ermənistana göndərilmək üçün hazırdır, lakin Türkiyənin hava məkanını Ermənistana hətta “humanitar yardım” çatdıran təyyarələrin uçuşu üçün qadağan etməsi nəticəsində uçuş təxirə salınıb.
Qeyd edək ki, Ermənistan tərəfi ABŞ-dan yük daşıyan mülki təyyarələrin humanitar yardım daşıdığını iddia etsə də, əslində bu ad altında qaçaqmalçılıq yolu ilə hərbi təyinatlı yüklərin, o cümlədən raket və raket sistemlərinin daşındığı heç kim üçün sirr deyil.
Oktyabrın 10-da Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də "Tvitter" hesabında vurğulamışdı ki, humanitar yardım adı altında “Atlantic Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır.
“Bütün bunlar Ermənistan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinin, həmçinin Beynəlxalq Mülki Aviasiya Konvensiyasının (Çikaqo Konvensiyası) kobud şəkildə pozulması deməkdir”, – PA rəsmisi qeyd etmişdi.